Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb - VİDEO

Hadisə
  • 24 mart, 2018
  • 06:05
Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb - VİDEO
Report

Bakı. 24 mart. REPORT.AZ/ Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.

”Report”un xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb. Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.

Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb - VİDEO

44 - Tezliklə