Yuxarı
    Bağlamaq

    Bakıda küçədə kişi meyiti tapılıb

    Faktla bağlı hüquq-mühafizə orqanları istintaq aparır

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda kişi meyiti aşkarlanıb.

    “Report”un məlumatına görə, hadisə A.M.Şərifzadə küçəsi ev 10 ünvanda qeydə alınıb.

    Həmin ünvanda Bakı şəhər sakini 1966-ci il təvəllüdlü Ələkbər Abbasovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

    Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Ə.Abbasovun meyiti Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

    Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi