Bakıda köşkdən siqaret oğurlayan şəxs təhlükəsizlik kamerasına düşüb - VİDEO

Bakıda köşkdən siqaret oğurlayan şəxs təhlükəsizlik kamerasına düşüb - VİDEO Hadisə Xətai rayonunda yerləşən köşklərdən birində qeydə alınıb
Hadisə
30 Oktyabr , 2017 12:35
Bakıda köşkdən siqaret oğurlayan şəxs təhlükəsizlik kamerasına düşüb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda köşkdən oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən köşklərdən birində qeydə alınıb.

Belə ki, köşkə yaxınlaşan gənc oğlan əvvəlcə rəfə düzülmüş siqaretlərdən birini götürərək cibinə qoyur. Sonra digər cibindən 5 manatlıq əsginas çıxararaq satıcıdan pulu xırdalamağı istəyir. Satıcı isə xırda pulunun olmadığını deyir. Oğurluq edən gənc oradan uzaqlaşır. 

Satıcı "Report"un əməkdaşına bildirib ki, belə hallar tez-tez baş verir: "Əsasən saqqız, alışqan və siqaretlər oğurlanır. Bəzi hallarda isə nəsə almaq üçün müştərilərin rəfin üzərinə qoyduğu pullar digər şəxslər tərəfindən oğurlanır. Eyni adam mütəmadi oğurluq edirsə polisə müraciət edirik. Lakin bir çox hallarda dəyən ziyanın miqdarı az olduğu üçün polisə müraciət etmirik". 

Son xəbərlər

Orphus sistemi