Bakıda kişi meyiti aşkarlanıb

Bakıda kişi meyiti aşkarlanıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətin
Hadisə
31 Avqust , 2021 08:24
Bakıda kişi meyiti aşkarlanıb

Bakıda mənzildə 51 yaşlı kişinin meyiti aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Gəncəli Zaur Tofiq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi