Yuxarı

Bakıda kəndirlə asılmış kişi meyiti tapılıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda kəndirlə asılmış kişi meyiti tapılıb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 161 B ünvanında qeydə alınıb.

53 yaşlı Zahir Məmmədovun meyitinə baxış keçirərkən onun ayaq nahiyəsində arteriya damarının ülgüclə kəsildiyi də müəyyənləşdirilib.

Z.Məmmədovun intihar etdiyi, yaxud qətlə yetirildiyi araşdırmalardan sonra məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi