Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı - VİDEO - YENİLƏNİB

Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
20 Aprel , 2020 13:33
Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** 11:52

Bakının Səbail rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən restoran aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı orada olan obyektin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə BəhrəmovaNasir İsayev saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. 

Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər

Son xəbərlər

Orphus sistemi