Bakıda kafedən soyğunçuluq edən keçmiş məhkum saxlanılıb
- 10 avqust, 2018
- 08:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda kafedən soyğunçuluq edən keçmiş məhkum saxlanılıb.
Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Avqustun 7-də Nəsimi rayonu ərazisindəki kafelərdən birində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Həmin kafedə Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunun və içərisində 1227 manat olan pul kisəsinin alınması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən bir nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Bəhruz Hüseynov olması müəyyən edilib.
Araşdırma aparılır.