Bakıda kafedə partlayış, xəsarət alan var

Bakıda kafedə partlayış, xəsarət alan var Hadisə Nizami rayonundakı "Bibimin kafesi"ndə baş verib
Hadisə
3 Yanvar , 2015 14:22
Bakıda kafedə partlayış, xəsarət alan var

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan "Bibimin kafesi" ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində partlayış hadisəsi baş verib. 

"Report" un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanıb, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. 

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi