Bakıda kafedə naməlum şəxslər 54 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurub

Bakıda kafedə naməlum şəxslər 54 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurub Yaralının vəziyyəti ağırdır
Hadisə
30 Yanvar , 2017 10:00
Bakıda kafedə naməlum şəxslər 54 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurub

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakıda kafedə 54 yaşlı kişinin baş və bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurulub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub.

Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi