Bakı. 1 avqust.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib. Həmin kafedə ofisiant işləyən M.Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.
M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb və daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.