Bakıda itkin düşən 12 yaşlı qız tapıldı

Hadisə
  • 17 aprel, 2020
  • 07:36
Bakıda itkin düşən 12 yaşlı qız tapıldı

Bakıda itkin düşən 12 yaşlı qız tapılılaraq ailəsinə təhvil verilib.

"Report"un xəbərinə görə, aprelin 15-i saat 02:30 radələrində, 1970-ci ildə anadan olmuş, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4 nömrəsiz evdə kirayədə yaşayan Miroşniçenko Mariya Aleksey qızı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 14.04.2020-ci il tarixdə. saat təxminən 23:20 radələrində 2008-ci ildə anadan olmuş nəvəsi Miroşniçenko Sima Qrişa qızı yaşadıqları evdən çıxıb və geri qayıtmayıb.

12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşən qız aprelin 16-da sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma aparılır.