Bakıda 19 yaşlı gənc itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 17-də paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində baş verib.
Belə ki, Pirşağı qəsəbəsinin yeni yaşayış sahəsində yerləşən fermada yaşayan və işləyən 2000-ci il təvəllüdlü Səyyad Bayramov saat 12 radələrində fermadan çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra gəncin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən araşdırma aparılır.