Bakıda işıqforun qırmızı işığında keçən maşın digər avtomobillə toqquşub - FOTO

Bakıda işıqforun qırmızı işığında keçən maşın digər avtomobillə toqquşub - FOTO Nəticədə 1 nəfər xəsarət alıb
Hadisə
25 Yanvar , 2018 06:52
Bakıda işıqforun qırmızı işığında keçən maşın digər avtomobillə toqquşub - FOTO
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib.

"Report"un xəbərinə görə, "90-AR-681" dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobili idarə edən 1990-ci il təvəllüdlü Novruzəliyev Abdulkərim Müzəffər oğlu Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən, işıqforun qırmızı işığında keçib.

Nəticədə o, Bakıxanov küçəsində hərəkətdə olan "Audi" markalı avtomobilə çırpılıb. Qəza zamanı A.Novruzəliyev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi