Bakıda işdən çıxarılan rəisin oğluna yeni vəzifə verildi

Bakıda işdən çıxarılan rəisin oğluna yeni vəzifə verildi Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Hadisə
7 Mart , 2020 15:42
Bakıda işdən çıxarılan rəisin oğluna yeni vəzifə verildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludur.

V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.

Son xəbərlər

Orphus sistemi