Bakıda intihara cəhd olub

Bakıda intihara cəhd olub Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb
Hadisə
9 Mart , 2021 14:46
Bakıda intihara cəhd olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi