Bakıda intihar etmək istəyən şəxs xilas olunub

Bakıda intihar etmək istəyən şəxs xilas olunub Bakı. 30 yanvar. REPORT.AZ/ Bakıda intihar etmək istəyən şəxs xilas edilib.
Hadisə
30 Yanvar , 2018 21:40
Bakıda intihar etmək istəyən şəxs xilas olunub

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi