Bakıda ikinci sinif şagirdi dərs zamanı ölüb

Bakıda ikinci sinif şagirdi dərs zamanı ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
191
25 Sentyabr , 2018 12:01
Bakıda ikinci sinif şagirdi dərs zamanı ölüb
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə şagird dərs zamanı vəfat edib.

Bu barədə “Report”a məktəbdən məlumat verilib.

“Böyük təəssüf hissi ilə nəzərinizə çatdırıram ki, məktəbimizin II "ğ" sinif şagirdi 12.06.2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu bu il sentyabrın 24-də saat 16:40 radələrində vəfat edib. Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin təəssüf ki, kömək etmək mümkün olmayıb”, - məktəbdən bildirilib.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi