Bakıda iki avtobusun toqquşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub - SİYAHI - TƏFƏRRÜAT - YENİLƏNİB-2

Bakıda iki avtobusun toqquşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub - SİYAHI - TƏFƏRRÜAT - YENİLƏNİB-2 Qəza sürücülərdən birinin telefonla danışması nəticəsində baş verib
Hadisə
1 Sentyabr , 2017 00:43
Bakıda iki avtobusun toqquşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub - SİYAHI - TƏFƏRRÜAT - YENİLƏNİB-2
Foto: Report.az

Foto əlavə olunub


***00:05

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan 11 nəfərin şəxsiyyəti və qəzanın səbəbi məlum olub.

"Report" xəbər verir ki, qəza 198 saylı marşrut avtobus sürücüsünün telefonla danışdığı üçün qarşısında gedən 173 saylı sərnişin avtobusuna arxadan çırpılması nəticəsində baş verib.

Xəsarət alanlardan biri körpədir. Siyahı:

1987-ci il təvəllüdlü Hüseynova Gülanə

1987-ci il təvəllüdlü Hüseynov Rauf

1952-ci təvəllüdlü Əliyev Nurəddin

1965-ci il təvəllüdlü Bayramov Vidadi

1971-ci il təvəllüdlü Mehdiyev Sahib (Vəziyyəti olduqca ağırdır)

1995-ci il təvəllüdlü İsgəndərli Günel

1970-ci il təvəllüdlü İsmayılov Binnət

1960-cı il təvəllüdlü Səmədova Gülzar

1996-ci il təvəllüdlü Hüseynov Mahir

2003-cü il təvəllüdlü Xalıqov Fərhad Zəkulla oğlu

2016-cı il təvəllüdlü Hüseynli Həsən Rauf oğlu

Yaralılardan 10 nəfəri artıq evə buraxılıb. Yalnız Sahib Mehdiyev vəziyyəti ağırdır. O, Reanimasiya şöbəsinə yerləşdirilib.   


***21:17

Bakı. 31 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsində 173 və 198 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi