Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı
“Report”un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev vəsatət qaldırıb. O, müdafiə etdiyi şəxsin talassemiya xəstəsi olduğunu və qan azlığından əziyyət çəkdiyini bildirib. Vəkil Zaur Tərlanovun xəstəlikdən əziyyət çəkdiyi üçün onun məhkəməyə xüsusi maşınla gətirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə heyəti vəsatəti təmin edib.
Vəkil digər vəsatətində cinayət işinin yenidən istintaqa qaytarılmasını istəyib. Məhkəmə prosesi saat 14.00-da davam etdiriləcək.
Xatırladaq ki, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid, Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.