Bakıda iki piyadanı maşın vurub

Bakıda iki piyadanı maşın vurub Hadisələr Suraxanı və Sabunçu rayonları ərazisind qeydə alınıb
Hadisə
12 May , 2017 08:53
Bakıda iki piyadanı maşın vurub

Bakı. 12 may. REPORT.AZ/ Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

"Report" xəbər verir ki, hadisələr Suraxanı və Sabunçu rayonları ərazisində qeydə alınıb.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsində keçən 27 yaşlı Tağıyev Emil Rabil oğlunu, hələlik markası məlum olmayan avtomobil vurub. Sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib.

Digər hadisə Koroğlu metrosu yaxınlığında baş verib. 1972-ci il təvəllüdlü Qurbanov Məmmədəli Salman oğlunu "Hyundai" markalı avtomobil vurub. Xəsarət alan şəxsi maşının sürücüsü xəstəxanaya yerləşdirib.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi