Bakıda iki gənci avtomobil vurub

Hadisə
  • 01 aprel, 2022
  • 04:46
Bakıda iki gənci avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Verdiyev Rəvan Mehman oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Digər hadisə də Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Muxtarlı Samir Vəli oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hər iki hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti