Bakıda iki avtomobil toqquşub, biri yanıb

Bakıda iki avtomobil toqquşub, biri yanıb Xəsarət alanlar var
Hadisə
28 Mart , 2021 13:58
Bakıda iki avtomobil toqquşub, biri yanıb
0 : 00
0 : 00

Bakıda yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə bu gün günorta saatlarında paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil "Daewoo Nexia" markalı maşınla toqquşub. Bu zaman "Daewoo Nexia" alışaraq yanmağa başlayıb. Yanğın ərazidə olan şəxslərin köməyi ilə söndürülüb.

Hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alanlar var.

Son xəbərlər

Orphus sistemi