Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 İyun , 2021 00:09
Bakıda iki avtomobil toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Qara Qarayev prospektində “Opel Astra” markalı 99-CM-472 dövlət nömrə nişanlı avtomobillə “VAZ-2106” markalı 30-BF-385 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, hadisə “VAZ-2106” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi