Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
18 Sentyabr , 2020 23:18
Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

99-GY-401 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə 99-NS-211 dövlət nömrə nişanlı "Lada Priora" markalı avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Tağıyeva Rəna Əyyub qızı, 1991-ci il təvəllüdlü Teymurov Elvin Əbülfəz oğlu, 1995-ci il təvəllüdlü Məmmədov Orxan Elxan oğlu və Aygün Nəsirova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi