Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsində qeydə alınıb.
Belə ki, qəza zamanı Həsənov Ramin İlqar oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev