Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə
  • 06 iyul, 2021
  • 22:15
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1998-ci il təvəllüdlü Bədəlov Zülfi Yalçın oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.