Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə
  • 25 iyun, 2020
  • 21:45
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Bağırov Samir Həsən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.