Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 17 mart, 2022
  • 04:58
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “BMW” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “BMW” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.