Yuxarı

Bakıda idman zallarından birində oğurluq olub

Faktla bağlı araşdırma aparılır

Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda idman zallarından birində oğurluq olub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində idman zalında Zaur Əfəndiyevin cibindən 2000 manat oğurlayan Quba rayon sakini Dəyanət Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi