Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda idman kompleksində ölüm hadisəsi olub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Zöhrab Qarayev Nərimanov rayonu ərazisindəki idman kompleksində yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Z.Qarayev dekabrın 3-də ölüb.
Faktla bağlı araşdırma aparılır.