Bakıda içərisində külli miqdarda pul və qızıl-zinət əşyası olan seyf oğurlanıb

Bakıda içərisində külli miqdarda pul və qızıl-zinət əşyası olan seyf oğurlanıb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
5 İyul , 2017 11:43
Bakıda içərisində külli miqdarda pul və qızıl-zinət əşyası olan seyf oğurlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl-zinət əşyası olan seyf oğurlanıb.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səfərəlibəyov küçəsindəki mənzillərdən birində baş verib.

Belə ki, həmin ərazidə yaşayan Təranə Talıbovanın evindən 25 min manat dəyərində qızıl-zinət əşyası və 3200 manat pul olan seyf oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi