Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib Hadisə Yasamal rayonunda qeydə alınıb
Hadisə
20 Oktyabr , 2016 16:18
Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda İran vətəndaşının etibarından sui-istifadə edilərək ona məxsus mağazadan 88 min dollar dəyərində tikinti ləvazimatları götürülüb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Rayonun Dadaş Bünyadzadə küçəsində yerləşən tikinti ləvazimatları mağazasının sahibi 1973-cü il təvvəllüdlü Əmirli Məcidli Cəfər hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci il avqustun 25-də Hafiz və Asim adlı şəxslər mağazadan 88 min dollar məbləğində kafel və metlax alıblar, lakin pulunu ödəməyiblər.

Faktla bağlı müvafiq axtarış tədbirləri keçirilir.

Son xəbərlər

Orphus sistemi