Bakıda I qrup əlil bıçaqlandı

Bakıda I qrup əlil bıçaqlandı Bakıda bıçaqlanma hadisəsi baş verib
Hadisə
11 May , 2021 22:57
Bakıda I qrup əlil bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Hacıyev Məhəmmədəli İsgəndər oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunun ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, M.Hacıyev birinci qrup əlildir.

Son xəbərlər

Orphus sistemi