Yuxarı

Bakıda hündürmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Yanğının qarşısı alınıb

Bakı. 10 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. 

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə.  Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Son məlumata görə, yanğın söndürülüb.

İlk xəbər saat 20:00-da qoyulub.  

Bakının Xətai rayonundakı hündürmərtəbəli yaşayış binalarının birində yanğın başlayıb. "Report"un məlumatına görə, məşhur "Nargilə" kafesinin yaxınlığında baş vermiş yanğını söndürməyə Xətai, Nizami və Nəsimi rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi