Bakıda hündürmərtəbəli binada yanğın baş verib - YENİLƏNİB

Bakıda hündürmərtəbəli binada yanğın baş verib - YENİLƏNİB Yanğının qarşısının alınması istiqamətində iş aparılır
Hadisə
183
7 Noyabr , 2014 11:08

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda, Süleyman Vəzirov küçəsi-22 ünvanında yerləşən hündürmərtəbəli binada yanğın söndürülüb.

ilk xəbər saat 10:12-də yayımlanıb

 Bakının Xətai rayonunda, Süleyman Vəzirov küçəsi-22 ünvanında yerləşən hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. “Report”un xəbərinə görə, əraziyə yanğınsöndürən maşınlar cəlb olunur, yanğının qarşısının alınması istiqamətində iş aparılır.

FHN-dən “Report”a bildirilib ki, yanğın binanın damında baş verib.

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub, daha 2-sinin gələcəyi bildirilir.

Qeyd edək ki, yanğın baş verən bina yeni tikilidir, hazırda orada yaşayış var.

Son xəbərlər

Orphus sistemi