Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib
Hadisə
7 Noyabr , 2016 10:17
Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Özbəkistan vətəndaşı Oybek Axmedov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib.

Hadisə ötən ilin dekabr ayında Sabunçu qəsəbəsi, Şəhər şosesindəki mənzildə baş verib. Həmin mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb. O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Axmedov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan O.Axmedov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi