Bakıda baş verən güclü yanğın söndürülüb

Bakıda baş verən güclü yanğın söndürülüb Bakıda yeni tikilən obyekt yanır.
Hadisə
7242
29 Noyabr , 2020 17:17
Bakıda baş verən güclü yanğın söndürülüb

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

16:22

Bakıda yeni tikilən obyekt yanır.

"Report"un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, paytaxtın Sabunçu rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi