Bakıda gənclər arasında dava olub, xəsarət alan var

Bakıda gənclər arasında dava olub, xəsarət alan var Dava zamanı Məhərrəm Məhərrəmov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
8 İyun , 2017 08:19
Bakıda gənclər arasında dava olub, xəsarət alan var
Courtesy İmage

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda gənclər arasında olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Həsənbəy Zərdabi küçəsində 1988-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Novruz oğlu yaşadığı evin yaxınlığında tanışları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı M.Məhərrəmov ağır xəsarət alıb. Həkimlərin sözlərinə görə, onun çənəsi sınıb.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.  

Son xəbərlər

Orphus sistemi