Bakıda gənc yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda gənc yol-nəqliyyat hadisəsində xəsarət aldı Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 mart 2020 19:38
Bakıda gənc yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

“Şəki” restoranının yaxınlığında 1994-cü il təvəllüdlü Bağırov Elvin Surxay oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi