Bakıda gənc velosipedçini avtomobil vurub

Bakıda gənc velosipedçini avtomobil vurub Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb
Hadisə
20 May , 2017 08:06
Bakıda gənc velosipedçini avtomobil vurub
Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ Bakıda gənc velosipedçini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsində evdən çıxaraq velosipedlə marketə gedən 1996-ci il təvəllüdlü Orucov Qeyrət Ceyhun oğlunu minik avtomobili vurub. Nəticədə Q.Orucov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi