Bakıda gənc qızı avtomobil vurub

Hadisə
  • 19 iyun, 2022
  • 00:48
Bakıda gənc qızı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Quliyeva Rəksanə Fəxrəddin qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.