Bakıda gənc qızı avtomobil vuraraq digər avtomobilin üzərinə atıb
Hadisə
- 24 noyabr, 2021
- 04:28
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində yolu keçən 2001-ci il təvəllüdlü İsmayılova Sevda İlham qızını avtomobil vurub. Piyada zərbənin təsirindən digər avtomobilin üzərinə düşərək ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, baş beyinin ağır dərəcəli əzikləri travmaları, sol qasıq sümüklərinin yerdəyişən və sağ omba sümüyünün sınığı diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
11:43
"Qalatasaray"ın futbolçusu "İnter"ə təklif olunub
Futbol11:34
FTX Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşını saxlayıb
Digər ölkələr11:34
Bakı metrosundan istifadə ötən il 430 min ton CO₂ emissiyasının qarşısını alıb
İnfrastruktur11:33
KİV: Tramp İranla bağlı sürətli və qətiyyətli addımların atılmasını tələb edib
Digər ölkələr11:19
Rize valisi: Qara dəniz bölgəsinin Davosa çevirmək istəyimizdə azərbaycanlı dostlarımızın da dəstəyi var
Region11:13
AYNA: Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 40 %-i yenilənib
İnfrastruktur10:57
Video
AAYDA: Gecə və səhər yollar qardan və buzdan təmizlənib
İnfrastruktur10:57
"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Ukrayna klubuna qayıdıb
Futbol10:54