Yuxarı

​Bakıda gənc qıza məxsus mənzildən içərisində 2 500 manat olan seyf oğurlanıb

Faktla bağlı cinayət işi başlanılıb

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda gənc qıza məxsus mənzildən dəmir seyf oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.

M.Zeynalov küçəsi 12-də yaşayan 1992-ci il təvəllüdlü Ülkər Əliyevanın mənzilindən içərisində 2 500 manat pul olan seyf oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, .xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi