Bakıda gənc qız motosikletlə qəza törətdi

Bakıda gənc qız motosikletlə qəza törətdi Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
730
9 İyul , 2020 06:51
Bakıda gənc qız motosikletlə qəza törətdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Sürücü, 1992-ci il təvəllüdlü Qasımova Günay Ərəstun qızı “Koroglu” metrostansiyasının yaxınlığında motosikletə idarəetməni itirib. Nəticədə o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov