Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub Bakı. 17 iyul. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Hadisə
17 İyul , 2018 06:41
Bakıda gənc oğlanı avtomobil vurub

Bakı. 17 iyul. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında baş verib.

Mercedes markalı avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Banayev Arif Bəhrəm oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi