Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub Həkimlər onun vəziyyətini olduqca ağır olduğunu bildirir
Hadisə
28 İyul , 2017 08:50
Bakıda gənc oğlanı avtomobil vurub

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda gənc oğlanı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Azadlıq prospektində yolu keçmək istəyən 22 yaşlı Kamran Abdullayevi minik avtomobili vurub. O, ağır kəllə-beyin travması alıb.

Xəsarət alan K.Abdullayev xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi