Bakıda gənc oğlanı avtomobil vurub

Hadisə
  • 14 iyun, 2023
  • 03:15
Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Zülfüqarov Cavid Füzuli oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.