Bakıda gənc oğlan özünü bıçaqlayıb

Bakıda gənc oğlan özünü bıçaqlayıb Həkimlər Pərviz Savalanovun vəziyyətini orta-ağır kimi qiymətləndirir
Hadisə
15 Noyabr , 2017 01:47
Bakıda gənc oğlan özünü bıçaqlayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda gənc oğlan ailə mübahisəsi zəminində özünü bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 1987-ci il təvəllüdlü Savalanov Pərviz Arzuman oğlu ailə mübahisəsi zəminində baş və qarın nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Yaxınları onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. 

Həkimlər P. Savalanovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi