Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
17 Aprel , 2018 22:29
Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Məmmədli İbrahim Nadir oğlu General Şıxlinski küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

O, döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi