Bakıda gənc oğlan ayağından bıçaqlanıb

Bakıda gənc oğlan ayağından bıçaqlanıb Hadisə Lökbatan qəsəbəsində baş verib
Hadisə
67
21 Aprel , 2018 01:41
Bakıda gənc oğlan ayağından bıçaqlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Nəbiyev Ramin Qəyyum oğlu Lökbatan qəsəbəsində tanıdığı şəxslə əlbəyaxa dava edib.

Nəticədə o, bud nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsində araşdırma aparılır.